Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 01:49

İran Türkiyənin xarici işlər nazirinin çıxışına etirazını bildirir. Bundan ötrü Türkiyənin ölkədəki səfiri XİN-ə çağrılıb.

İranı narahat edən Mevlüt Çavuşoğlu-nun Münhendəki çıxışıdır. M.Çavuşoğlu İranın dinlərarası ədavəti təbliğ etdiyini, regionda stabilliyi pozduğunu söyləyib.

Əhalisinin çoxu şiə olan İran İraqın şiə hökumətiylə sıx əməkdaşlıq edir, həmçinin Suriya lideri Bashar al-Assad-ın tərəfindədir. Əhalisinin çoxu sünni olan Türkiyə isə Suriyadakı sünni qiyamçıların tərəfində dayanır.

M.Çavuşoğlu Münhendə çıxışında deyib ki, İran İraqı da, Suriyanı da şiə ölkəsinə çevirməyə çalışır, Türkiyə isə belə təriqətçiliyin əleyhinədir.

İran XİN-nin sözçüsü Bahram Ghasemi deyib ki, onlar Türkiyənin mövqeyinə təmkinlə yanaşırlar, amma İranın da səbrinin həddi var.

Türkiyənin baş naziri Binali Yıldırım da İranı öz nüfuz dairəsini genişləndirməyə cəhd etməkdə günahlandırıb. Amma onun müavini Numan Kurtulmuş nisbətən barışdırıcı mövqe tutaraq, «İranla Türkiyə dost ölkələrdir, məsələni böyütməyə gərək yoxdur», - deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG