Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:51

Hitlerin istifadə etdiyi telefon hərracda 240 min dollara satılıb


Adolf Hitler's phone.

Adolf Hitler'in telefonu hərracda təqribən 240 min dollara satılıb.

Nasist liderinin 1945-ci ildə Berlindəki bunkerindən tapılan şəxsi telefonu Birləşmiş Ştatlarda adı bilinməyən bir nəfərə satılıb. Bu haqda "France Press" agentliyi məlumat yayıb.

Bu Adolf Hitlerin İkinci Dünya Müharibəsi illərində bir çox əmrini verdiyi telefondur.

Buna da bax: Almaniyada Hitlerin kitabı 85000 nüsxə satılaraq bestseller olub

Əsli qara rəngdə olan telefon, sonrada qırmızı rəngə boyanıb, Siemens şirkəti tərəfindən telefonun üstündə Hitlerin öz adı və nasist simvolu var. Nasist lideri 1945-ci ildə bu məhz telefonla rejimin müdafiəsini təşkil edib. Hitler telefonu ömrünün son iki ilində istifadə edirmiş və adətən səfərlərdə istifadə etmişdir.

ABŞ-daki "Alexander Tarixi Hərraclar" telefona ilkin qiymət kimi 100 min dollar qoymuşdu.

Adolf Hitlerin şəxsi istifadəsində olmuş telefon.
Adolf Hitlerin şəxsi istifadəsində olmuş telefon.

Telefonu Berlinin mühasirəsindən sonra Hitlerin bunkerindən rus əsgəri tapıb və onu britaniyalı briqada komandiri Sir Ralph Rayner'ə verib.

Telefon Raynerin oğluna miras qalıb və o telefonu qırmızı rəngə boyayıb və məhz o satışa çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG