Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 21:05

Almaniyada Hitlerin kitabı 85000 nüsxə satılaraq bestseller olub


Adlof Hitlerin "Mənim mübarizəm" kitabı.

Almaniyada 2016-cı ildə çap olunmuş qalmaqallı "Hitler. Mein Kampf. Tənqidi nəşr" adlı kitab betseller olub. Kitabın alman cəmiyyətində belə maraqla qarşılanması onu hazırlayan Münhendəki Müasir Tarix İnstitutuna (Institut für Zeitgeschichte, IfZ) da qəribə gəlib. Bu haqda institutun direktoru Andreas Wirsching 2017-ci il yanvarın 3-də alman "Tagesspiegel" dərgisinə bildirib.

Onun sözlərinə görə institut keçmiş alman faşist lideri Adlof Hitler-in kitabını ilk vaxtlarda cəmi 4 min nüsxəylə çap etdirib, sonra isə artan tələblə kitabın çapı 85 min nüsxəyə qədər artıb. "Yanvarın sonunda artıq kitabın altıncı tirajı çapdan çıxacaq, heç kim bunu gözləmirdi", - deyə Wirsching bildirib.

Buna da bax: Hitler özü haqda tərifli kitab yazıb, başqasının imzasıyla çap etdiribmiş

Kitab çap olunandan sonra alman cəmiyyətində ilk günlər böyük səs-küy yaransa da, sonradan mətni oxuyub peşəkar baxımdan dəyərləndirməyə başlayıblar. Bundan əlavə Müasir Tarix İnstitutu-nun rəhbəri Wirsching​ dəfələrlə kitabı orta məktəbin dərs proqramına əlavə etməklə bağlı hökümətə təkliflər etdiyini də bildirib.

Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Hitlerin məşhur avtobioqrafik kitabı 70 il aradan sonra ilk dəfə Almaniyada çapdan çıxıb. Kitabın ilk tirajı hələ kağız versiyası işıq üzü görməmiş internetdə satılmağa başlayıb.

Bir çox ölkədə həmçinin, Rusiyada Hitlerin bu kitabı ekstremist ədəbiyyat hesab olunduğu üçün satışı və yayımı qadağandır.

Buna da bax: Əgər Hitler «Hərb və Sülh» romanını oxusaydı...

Hitler "Mein Kampf" ("Mənim mübarizəm") kitabını 1924-cü ildə Bavariya həbsxanasında "pivə qiyamı"na görə həbsdə yatarkən yazıb. Kitabda müəllifin nasional-sosializmlə bağlı ideyaları yer alıb. Kitabın ilk nəşri 1925-ci ildə baş tutub. Bundan yeddi il sonra isə Hitler hakimiyyətə gəlib və onun kitabı Almaniyada ən çox çap olunan, həmçinin də məcburi oxudulan kitaba çevrilib.

XS
SM
MD
LG