Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:42

Prezident İlham Əliyev fevralın 20-də turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda gömrük, miqrasiya və sərhəd xidmətlərinə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.

Sənəddə həmçinin, nəqliyyat, rabitə və yüksək texnologiyalar, xarici işlər, mədəniyyət və turizm, ədliyyə nazirliklərinə, Dəniz Administrasiyasına və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə də tapşırıqlar yer alır.

Buna da bax:​ Qəbələdəki otellərə böhran necə təsir edir?

Tapşırıqlarda Rusiya, Türkiyə, İran, Gürcüstan ilə buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsindən ötrü 3 ay ərzində müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.

Bundan əlavə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin buraxılış məntəqələrində “ASAN Viza” sistemi vasitəsilə elektron vizalar əldə edilməsinə şərait yaradılmalıdır.

Sərəncamda buraxılış məntəqələrinin iş saatlarının artırılması ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulub.

Buna da bax: Azərbaycanlılar da Avropaya vizasız gedə biləcəkmi?

Sənəd habelə, yaxın ərazilərdə, Bakıdan digər şəhər və rayonlara gedən yol qovşaqlarında buraxılış məntəqələrində şəxslərin keçidinin sıxlıq dərəcəsini əks etdirən interaktiv məlumat lövhələrinin quraşdırılmasını da nəzərdə tutur.

Bundan başqa, sərəncamda sərhəd buraxılış məntəqələrində çalışan əməkdaşların peşəkarlığının və xarici dil biliklərinin artırılması üzrə təlimlərdə iştirakının təmin edilməsi də öz əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG