Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:15

REAL Hərəkatının fəalı Rahim Şaliyev fevralın 20-si Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Hərəkatdan verilən bilgiyə görə, o, "kiçik xuliqanlıqda" və "polisə tabe olmamaqda" təqsirli bilinib.

Fəalın yaxınları və yoldaşları məhkəmə zalına buraxılmayıb.

REAL-dan deyiblər ki, qərardan apelyasiya şikayəti veriləcək.

Buna da bax:​ REAL fəalının saxlandığı bildirilir

REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı, bloqqer Rahim Şaliyevin elə bu gün, fevralın 20-də saxlandığı deyilirdi. Onu Sumqayıt polisinin saxladığı bildirilirdi.

Hərəkatın yaydığı məlumatda qeyd edilirdi ki, R.Şaliyev Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət edilib. Onu oradan Sumqayıt Baş Polis İdarəsinə aparıblar.

«Rahim Şaliyevə qarşı irəli sürülən ittiham absurddur. Hesab edirik ki, o, siyasi fəaliyyətinə görə cəzalandırılır», - REAL-ın Sumqayıt Məclisi bildirir.

Buna da bax:​ Cəbhəçi gəncə 30 sutka verilib

Polis idarəsindən bu barədə məlumat almaq mümkün olmamışdı. Onlar bloqqerin saxlanması xəbərini təsdiq etməmişdilər.

Fevralın 20-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Amil Məmmədzadəyə də eyni ittiham ilə 30 sutka inzibati həbs cəzası verilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG