Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Prezidentin açdığı zavodda əməkhaqları 9 aydır ki, verilmir


Günəş panelləri zavodu.

“Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Günəş panelləri zavodunun işçilərinin 9 aydır ki, əməkhaqlarını ala bilmədikləri bildirilir.

İşçilərin bu gün, fevralın 20-də zavodda etiraz aksiyası keçirdikləri deyilir.

Verilən xəbərlərə görə, Sumqayıtda yerləşən zavodun 20-dək işçisi əmək haqlarının verilməsini tələb edib. İşçilərin əmək haqqı problemi etiraz aksiyasına rəğmən həllini tapmayıb.

Buna da bax:​ 'Shamkir Capital Group' adını və rəhbərini dəyişdi

Narazı işçilərin etiraz aksiyasını davamlı olaraq keçirmək qərarı verdikləri deyilir.

Aksiya iştirakçılarının deməsinə görə, onlar sabah, fevralın 21-də zavodun direktorunun şəxsi evinin qarşısında toplaşmağa qərar veriblər.

Narazı aksiya iştirakçılarından mühafizəçi Vüsal İsayev fins.az-a deyib ki, zavod rəhbərliyi ona 2 260 manat borcludur.

V. İsayevin sözlərinə görə, zavod “Az-Alternativ enerji”yə məxsusdur.

Buna da bax: Azərbaycanda yeni dərman zavodu tikilir

V. İsayev hazırda zavodun Energetika Nazirliyinin nəzdinə verildiyini bildirib.

Məsələyə, hələlik, zavod rəhbərliyinin münasibətini almaq mümkün olmayıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin saytındakı bilgilərə görə, “Azgüntex” MMC hazırda iki zavodu - Azgüntex Günəş Modulları zavodu və Azgüntex LED Lampaları Zavodunu özündə birləşdirir.

Günəş Modulları Zavodunun açılışını prezident İlham Əliyev edib. Zavod 2012-ci ilin aprelindən günəş panellərinin istehsalı ilə məşğul olur.

Buna da bax: Sumqayıtda dəyəri 1 mlrd. avro olan zavod tikiləcək

Zavodun Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradıldığı bildirilir. Zavod 30 mVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir.

Buna da bax:

Fəhlələr: 'Pulumuzu verin'
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG