Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:09

Lavrov:" ABŞ-ın xüsusi xidməti Rusiya səfirinin danışıqlarına qulaq asırmış"


Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ABŞ-ın xüsusi xidmətini Rusiyanın Vaşinqtondakı səfiri Sergei Kislyakın telefon söhbəti və fəaliyyətini daima güdməkdə günahlandırır..

Bu barədə fevralın 20-da RİA Novosti , TASS və digər Rusiya agentlikləri məlumat yayıb.

Lavrov qeyd edib ki, ABŞ rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinn ( Michael Flynn) ətrafındakı qalmaqal səfirin kommunikasiya əlaqələrinə müntəzəm qulaq asıldığını təsdiqləyir.

Onun sözlərinə görə səfir Kislyakın Moskvaya verdiyi hesabatlara da qulaq asılırmış.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Michelle Flynn fevralın 14-də vəzifəyə təyin edildikdən 24 gün sonra istefaya getməli oldu.

Buna səbəb kimi, onun Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı bu ölkənin səfiri ilə danışıqlar aparması göstərilirdi.

ABŞ prezidenti isə özü və ya yaxın ətrafının Rusiya ilə əlaqələrini həmişə təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG