Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 04:09

Bu ilin yanvarında büdcə gəlirləri azalıb. Yanvarda büdcəyə 1 milyard 243.6 milyon manat daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7.9 faiz azdır. Eyni zamanda son 5 ilin ən aşağı rəqəmədir.

İlin ilk ayları üzrə gəlirlər 2013-cü ildə 1 milyard 768.1 milyon, 2014-cü ildə 1 milyard 751.7 milyon, 2015-ci ildə 1 milyard 684.8 milyon, 2016-cı ildə isə 1 milyard 349.6 milyon manat olub.

Yanvarda büdcə gəlirlərində 544 milyon 849.2 min manat Vergilər Nazirliyinin, 173 milyon 653.49 min manat isə Gömrük Komitəsinin payı olub. Dövlət Neft Fondunun transfertlərinin büdcədə payı da 40 faizə yaxındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG