Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 23:44

Belarusda aksiyalar genişlənir


Belarusda yüzlərlə insan etiraza çıxıb
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Belarusda yüzlərlə insan etiraza çıxıb

Belarusda vergilərə etiraz edən şəhərlərin sayı artır. Aksiyaçılar təkcə paytaxt Minskdə deyil, Qomeldə və başqa kiçik şəhərlərdə də küçələrə çıxırlar.

Rusiyayla sərhəd yaxınlığındakı Qomeldə mindən çox adam yürüş edərək, hökumətin yeni vergi siyasətinə qarşı şüarlar səsləndirib.

Fevralın 17-də Minskdə son illərin ən kütləvi mitinqi keçirildi.

Belaruslar prezidentin «Sosial parazitlərə qarşı» qanununa etiraz edirlər. Qanuna görə, işsizlər hökumətə ildə 200 dollar vergi ödəməlidirlər.

Qərara etiraz sənədini 60 minə yaxın adam imzalayıb. Amma onlardan kiminsə basqıya məruz qalmasıyla bağlı xəbər yoxdur, aksiyalar da insidentsiz ötüşür.

Halbuki ölkəni 20 ildən çoxdur idarə edən prezident Alyaksandr Lukashenka müxalifəti, vətəndaş cəmiyyətini və mətbuatı basqı altında saxlayan diktator kimi tanınır.

Neftin dəyərdən düşməsi və qonşu Rusiyada yaranan böhran Belarusa da təsir edib. Ölkə ciddi iqtisadi problemlərlə üz-üzədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG