Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 23:07

Mühacirətdəki müsavatçının qardaşını polisə aparıblar


Arxiv fotosu.

Mühacir müsavatçı Zakir Ağayevin qardaşı Mahir Ağayevin bu gün, fevralın 17-də Cəlilabad rayon polis şöbəsinə aparıldığı bildirilir.

Bu haqda Almaniyada mühacirətdə olan Z.Ağayevin özü məlumat yayıb.

Z.Ağayevin deməsinə görə, qardaşına onun Almaniyadakı fəaliyyəti ilə bağlı suallar veriblər.

Buna da bax:​ Azərbaycanı niyə tərk edirlər?

“Deyiblər ki, qardaşın Zakir Ağayev Facebook-da çox fəallıq edir və dövlət əleyhinə statuslar paylaşır. Onların əsas sualı mənim Müsavatın Avropa Koordinasiya Mərkəzindəki fəaliyyətimlə bağlı olub. Qardaşımdan tələb ediblər ki, mənimlə əlaqə saxlasın və Müsavatdan aralanmağım üçün təsir etsin. Təxminən bir saatlıq görüş sırasında qardaşıma psixoloji təzyiqlər olunub. Qardaşıma bildiriblər ki, Zakir Ağayev fəaliyyətinə davam etsə, onları, yəni Azərbaycanda qalan qohumlarımı böyük təhlükə gözləyir”, mühacir müsavatçı bildirib.

Z.Ağayev qardaşına basqının fevralın 18-i Avropada planladıqları etiraz aksiyası ilə bağlı olduğunu bildirib. Bununla belə o, əlavə edib ki, heç bir təzyiq onu yolumdan döndərə bilməz.

Buna da bax:​ Berlində yaşayan fəalın ailəsi polisə çağrılıb

Cəlilabad rayon Polis Şöbəsindən M.Ağayevin bu dediklərinə münasibət almaq mümkün olmayıb.

Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi ötən ilin sonunda təsis olunub.

Avropaya mühacirət edən azərbaycanlıların təsis etdiyi mərkəz Almaniyada bir neçə dəfə etiraz aksiyası da keçirib.

Buna da bax:​ Müxalifətçinin valideynləri övladlarından imtina edə bilər

Mərkəz fevralın 18-də daha bir aksiya keçirməyi planlaşdırıb. Z.Ağayev həmin aksiyanın təşkilatçılarından biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG