Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:03

Azərbaycanı niyə tərk edirlər?


arxiv
arxiv

Ölkəni tərk edənlərin sayı ilbəil artır. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2012-ci ildə ölkəni 200 nəfər, 2013-cü və 2014-cü illərdə 800 nəfər daimi yaşayış üçün tərk etmişdisə, 2015-ci ildə bu rəqəm 1600 nəfər olub. 2016-cı ilin statistikası isə hələ ki, açıqlanmayıb.

Ekspertlər isə bu rəqəmlərlə razılaşmır, statistikanın doğru olmadığını və rəqəmlərin daha çox olduğunu bildirirlər.

Keçən il və bu ilin əvvəlinə bir çox tanınmış ictimai fəallar ölkəni tərk edərək Avropa ölkələrində üz tutub. Ölkəni tərk edənlər arasında sahibkarlar, iş adamları da az deyil.

İnsanlar niyə ölkəni tərk edir? Bunun səbəbi ölkədəki siyasi mühitdir yoxsa iqtisadi durum? Bezib gedirlər yoxsa qalmaqda perspektiv görmürlər?

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev deyir ki, son iki ildə baş verən iqtisadi böhran əksər insanların gələcəyə ümidini üzüb.

Mehman Əliyev bildirir ki, ölkədən tək insanlar yox, həm də kapitallar gedir.Onun sözlərinə görə, ölkədə dəyişikliyin olacağına inam azaldığından cəmiyyətdə pessimizm hökm sürür.

Mehman Əliyev: "adamların axını, pulların axını..."
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid

Bir müddətdir ölkədən kənarda yaşamaq məcburiyyətində qalan iqtisadçı ekspert Zöhrab İsmayıl bildirir ki, son vaxtlar ona da bu qəbildən olan suallarınsayı çoxalıb.

Zöhrab İsmayıl deyir ki, ona müraciət edənlər daha çox siyasi təqiblərə görə ölkəni tərk etmək məcburiyyətində qaldıqlarını bildirirlər. İqtisadçı ekspert deyir ki, ölkədəki iqtisadi vəziyyət də əsas amillərdən biridir.

Zöhrab İsmayıl: "daha çox siyasi təqiblərə görə ..."
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00
Direct-ə keçid

Almaniyada mühacir həyatı yaşayan Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin keçmiş rəhbəri Əlövsət Əliyev bildirir ki, Azərbaycandan xaricə gedənlərin sayı 2016-cı ildə bir neçə dəfə artıb.

Onun sözlərinə görə Azərbaycanı tərk edənlərin çox böyük əksəriyyəti iqtisadi duruma görə Azərbaycanı tərk edənlərdir.

Əlövsət Əliyev: "2016-cı ildə bir neçə dəfə artıb"
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG