Keçid linkləri

2017, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:14

«Kütləvi informasiya vasitələri haqqında» Qanunda indiyə qədər mövcud olmayan məqamlar nəzərdən keçirilərək, plenar iclasların birində müzakirəyə çıxarıla bilər.

Milli Məclisin sədr müavini Bahar Muradova fevralın 17-si parlamentdə KİV nümayəndələri ilə keçirilən görüşdə belə deyib.

Modern.az xəbər verir ki, B.Muradova müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqların aradan qalxacağını bildirib.

«Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə sadəcə məsləhətləşmələrə ehtiyac var. Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır»,- deyən B.Muradova KİV qanununa dəyişikliklərin detallarına varmayıb.

B.Muradova ayrı-ayrı media orqanlarında söyüş kampaniyalarının aparıldığını da iddia edib.

«Bu da ayrı-ayrı mətbuat nümayəndələrini adekvat olmayan hərəkətlərə vadar edir. Bunun bir tərəfi eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdırsa, yarısı da mənəviyyata bağlı olmalıdır. Bunu heç kim inkar edə bilməz», - vitse-spiker qeyd edib.

Müstəqil ekspertlər isə «Kütləvi informasiya vasitələri haqqında» qanuna bundan sonra mürtəce dəyişikliklərin ediləcəyindən ehtiyatlanırlar. Onların demələrinə görə, son illərin acı təcrübəsi belə düşünməyə əsas verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG