Bakıda 60 yaşlı bir kişinin küçədə don vurmadan öldüyü bildirilir. Onun fevralın 16-dan 17-nə keçən gecəni küçədə keçirdiyi güman edilir.
«Report»un xəbərə görə, 1957-ci il təvəllüdlü Vilayət Hacıyev don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.
Xəbərdə qeyd edilir ki, onun həyatını xilas etmək mümkün olmayıb.
V.Hacıyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserdən bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: «Sadəcə, xəstəxanaya tez-tez gəlib-gedirmiş».