Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:51

Trump: Rusiyanın təxribatları məyus edir, amma...


Donald Trump

ABŞ prezidenti Donald Trump Rusiyanın təxribat xarakterli addımlar atdığını, onu məyus etdiyini söyləyib.

Dünən—fevralın 16-da keçirilən mətbuat konfransında prezident tez-tez Rusiya məsələsinə toxunmalı olub. Məsələn, Rusiyanın Birləşmiş Ştatların şərq sahilləri yaxınlığına casus gəmisi göndərməsindən, Qara dənizdəki ABŞ gəmisi ətrafındakı manevrlərdən, sərhədlərinə ballistik raket sistemləri yerləşdirməsindən gileylənib, Moskvanın münasibətləri yaxşılaşdırmaqdan ötrü addım atmadığını deyib.

D.Trump-ın fikrincə, bu «təxribatçı hərəkətlər» Moskvanın onu sınağa çəkməsinin deyil, V.Putin-in münasibətləri yoluna qoymaq ümidlərinin puç olmasının nəticəsidir. Prezident deyib ki, V.Putin-in yerinə kim olsaydı, belə hərəkət edərdi.

D.Trump Rusiyayla yaxınlığa imkan vermədiyinə görə mətbuatı qınayıb, qəzetlərin Rusiyayla bağlı yanlış məlumatlar yaydığını bildirib.

Yanvarın 20-dən fəaliyyətə başlayan D.Trump hələ seçki kampaniyası zamanı V.Putin-ə hörməti olduğunu, Rusiyaya münasibətləri yoluna qoyacağını demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG