Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:23

ABŞ prezidenti Donald Trump təhlükəsizlik müşaviri vəzifəsini istefaya çıxmış vitse-admiral Robert Harward-a təklif edib. R.Harward ailəsi və bəzi maddi məsələlərə görə təklifi qəbul etmədiyini bildirib. R.Harward hazırda aerokosmik, müdafiə və təhlükəsizlik texnologiyalarıyla məşğul olan «Lockheed Martin» şirkətinin icraçı direktorudur və bu işdə özünü çox rahat hiss etdiyini bildirib.

Ağ evin təhlükəsizlik müşaviri Michael Flynn vəzifədən Rusiya diplomatlarıyla əlaqəsinə görə gedib. D.Trump onun Rusiya səfiriylə bağlı söhbət haqda Ağ evə doğru-dürüst məlumat vermədiyini, buna görə də istefaya göndərilməli olduğunu söyləyib.

Ağ evdən M.Flynn-in yerinə daha iki namizədin olduğunu deyiblər. Bunlar təhlükəsizlik vəzifəsinin icrasıyla müvəqqəti məşğul olan Keith Kellogg və istefaya çıxmış general David Petraeus-dur.

Günün bütün mövzuları

XS
SM
MD
LG