Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:46

Ukrayna Rusiyadan idxal olunan kitablara qadağa qoyur


Belarusiyada müsadirə edilmiş rusiyayönümlü ədəbiyyat.
Belarusiyada müsadirə edilmiş rusiyayönümlü ədəbiyyat.

Ukrayana kitab bazarının aparıcı simaları deyirlər ki, Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmalar iki ölkə arasındakı kitab ticarətinə öldürücü təsir göstərib.

Ukrayna nəşriyyatları bu günlərdə hökümətin ölkəyə Rusiyadan kitab idxalına qadağa qoymasına mənfi reaksiya veriblər, onlar iddia edirlər ki, bu qadağa ölkə daxilində qara bazar yaradacaq və milli kitab sənayesinə böyük zərər vuracaq.

Buna da bax: Kreml Qərbin söz azadlığından öz maraqları üçün yararlanır

Ukrayna Ali Radasının, Rusiyanın 2014-cü ildə Ukrayna ərazisi olan Krımı işğal etməsindən sonra Rusiyayla bağlı qəbul etdiyi qanunlardan biri də Rusiyadan kitab idxalına qadağa olub. Əvvəlcə qanun ölkəyə idxal olunan Ukrayna əleyhinə nəşrlərə aid olsa da, tezliklə Rusiyadan idxal olunan bütün kitablar bu siyahıya daxil edilib. Rusiyadan idxal olunan kitablar isə Ukrayna kitab bazarının təqribən 60 faizini təşkil edir və il ərzində yüz min nüsxəyə qədər satılır.

Qanunun gözlənilmədən qəbulu ukraynalı kitab satıcıları və naşirlərini çətin vəziyyətə salıb. Bu haqda "Publishing Perspectives" saytına danışan Urkayna Naşirlər və Kitab Satıcıları Assosasiyasının rəhbəri Alexander Afonin qadağanın Ukrayna kitab bazarında qıtlıq yaradacağını, həmçinin rus nəşirlərinin undergroundda artıb-çoxalacağını deyir. O bu qadağanın ən çoxu aprel ayına qədər davam edə biləcəyini düşünür.

Buna da bax: Çexiyada Rusiya təbliğatına qarşı xüsusi şöbə yaradılır

Ukraynanın aparıcı nəşriyyatlarından biri olan “Summit Books”un rəhbəri Ivan Stepurin isə "Guardian"a deyir ki: “Hal-hazırda yerli naşirlərin Rusiyadan gələn kitabları əvəz etməyə kifayət qədər resursları yoxdur” Stepurinin sözlərinə görə Ukraynada xarici dildə olan kitabların tərcüməsi təqribən 3000-5000 dollara başa gəlir. Bu isə ukraynalı naşirlər üçün olduqca böyük rəqəmdir, çünki Ukraynada çap olunan kitablar adətən 2000 tirajdan artıq satılmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG