Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:08

Tikinti azalıb, işçilərin qazancı artıb?


Tikinti

2016-cı ildə tikinti sahəsində muzdla çalışan işçilərin ortalama 95.2 min nəfər olduğu bildirilir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, onların 48.2 min nəfəri binaların tikintisində, 24 min nəfəri mülki təyinatlı inşaat işlərində çalışıb. 23 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində fəaliyyət göstəriblər.

İşçilərin 27 faizi dövlət, 73 faizi isə qeyri-dövlət tikinti müəssisələrində tər töküblər.

Komitənin məlumatına görə, tikinti sahəsində işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 18.6 faiz artıb. Bu 813.7 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqının 927.8 manata, dövlət sektorunda çalışanların isə 527 manata çatdığı bildirilir.

Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikintidə orta aylıq əməkhaqqı 21.6, binaların tikintisində 14.9, mülki təyinatlı inşaat işlərində isə 0.9 faiz artıb.

Yaxın 2 ildə Azərbaycanda Ümumi Daxili Məhsulun azalmasına əsas kimi, tikinti sektorundakı geriləmə göstərilir. Ancaq DSK-nin məlumatından belə çıxır ki, tikintidə olan böhran maaşlara təsir etməyib

Müstəqil iqtisadçılar DSK-nın məlumatlarına adətən şübhə ilə yanaşırlar. Üstəlik, onlar deyirlər ki, dollarla götürəndə işçilərin qazancı azı iki dəfə azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG