Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Pivə inhisarçısının adı dəyişdi, özü...


Pivə zavodu.

Azərbaycanın əsas pivə istehsalçısı saylan «Baltika-Bakı»’ MMC-nin adı dəyişib. Şirkət bundan sonra «Carlsberg Azerbaijan» MMC adı ilə fəaliyyət göstərəcək.

Bu haqda şirkətin məlumatında bildirilir.

«Bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun bir hissəsi olan «Carlsberg Group» şirkətinin sonrakı inteqrasiyası üçün atılıb. Şirkətin təşkilati-hüquqi forması və rekvizitləri dəyişmir. Şirkət öz fəaliyyətini dayandırmır və sonradan öz öhdəliklərini yerinə yetirməyə davam edəcək», - məlumatda vurğulanır.

«Baltika»nın bütün hüquq və vəzifələri hüquqi varisə - «Carlsberg Azerbaijan»a keçəcək.

XATIRLATMA

«Baltika-Bakı» pivə istehsalı zavodu «Carlsberg Group»un bir hissəsi idi. Pivə inhisarçısı Xırdalan şəhərində, Bakıdan 10 km məsafədə yerləşir.

Şirkətin 75 faiz bazar payı var. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaşın çalışdığı bildirilirdi. Verilən məlumatlara görə, təxminən 400 nəfər (distributor, agentliklər və podratçılar) iş prosesinə cəlb olunub.

Şirkətin illik vergi ayırmalarının həcminin 15-20 milyon manatdan artıq olduğu bildirilirdi.

Azərbaycanda milli valyutanın iki dəfədən çox dəyər itirməsi, ardınca suyun qiymətinin bahalaşması şirkətdə problemlər yaratmışdı.

«Baltika» rəhbərliyi ötən il bir neçə dəfə fəaliyyətlərini dayandırmaq üzrə olduqlarını açıqlamışdı.

Bundan başqa, işçilərin bir hissəsinin ixtisar edildiyi də deyilirdi.

Yeni sahib – «Carlsberg Group» isə 1847-ci ildə təsis olunub, o, dünyada ən iri pivəçəkmə şirkətlərindən biri kimi tanınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG