Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:08

Qar gözlənir


Bakıda qar

Fevralın 16-sı Bakı və Abşeron yarımadasında arabir yağış, bəzi yerlərdə qar yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 1 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1, gündüz 3-5 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da qar gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Gecə 4 dərəcə şaxtadan 1 dərəcəyə kimi isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 16-sı gündüzdən 17-si axşamadək ölkədə hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Yenidən qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı bildirilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG