Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 16:37

'Hərbi vəziyyət haqqında' qanun layihəsi müzakirəyə çıxarılıb


Milli Məclis.

Milli Məclisin fevralın 14-ü keçirilən iclasında yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsi əsas oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə Milli Məclisin I vitse spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Buna da bax:​ Hərbi vəziyyət olarsa...

Ölkədə hərbi vəziyyətin tətbiqi sürətləndirilir…

O qeyd edib ki, hazırda qüvvədə olan “Hərbi vəziyyət haqqında” (5 fəsil, 17 maddə) qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir.

Qanuna görə, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir. Parlament 72 saat ərzində bu məsələyə baxıb qərarını verir. Yeni qanun layihəsində isə bu müddət 48 saata endirilib.

Layihədə əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır. Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən başqa yerlərə köçməməsi və digər məsələlər də layihədə əksini tapıb.

Buna da bax:​ Ələsgər Məmmədli: 'Parlament öz səlahiyyətlərini aşır'

Senzura tətbiq edilə bilər

Yeni layihədə hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi də öz əksini tapıb. Yəni qanuni əsaslar olduqda, onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur. Kütləvi informasiya vasitələrinin məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi də layihədə yer alıb. Bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.

Hərbi senzura

Qanun layihəsində həmçinin qeyd olunur ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları ilə razılaşdırılmasını təmin etməlidir. Dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasına imkan verməməlidir.

Buna da bax:​ Hərbi vəziyyət haqqında Qanun dəyişdirilir

Bu məqsəd ilə yazışmalara, televiziya, radio yayımına, telefon və radio danışıqlarına nəzarət təmin edilə bilər.

Kütləvi aksiyalar qadağan edilə bilər

Qanun layihəsinə görə, hərbi vəziyyət rejimin tətbiqi zamanı yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlər qadağan edilə bilər.

Layihəsinə görə, Azərbaycan ərazisinin müəyyən hissəsi işğala məruz qalsa, xarici dövlət Azərbaycana müharibə elan etsə, ölkəyə real silahlı hücum təhlükəsi yaransa, ərazisi blokadaya alınsa və buna təhlükə olduqda hərbi vəziyyət elan edilir.

Buna da bax:​ 'Müharibə başlayacağı halda...'

Sənəddə qeyd edilir ki, 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının baş katibləri hərbi vəziyyət dövründə insan və vətəndaş hüquqlarının qismən məhdudlaşdırılması ilə bağlı məlumatlandırılır.

Layihə ətrafında müzakirələr davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG