Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Azərbaycanda yenidən hazırlanmış «Hərbi vəziyyət haqqında» Qanun layihəsinin bəzi detalları bəlli olub.

Deputat Zahid Oruc APA-ya bildirib ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin noyabrın 8-də keçirilən iclasında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Z.Oruc qeyd edib ki, hazırda qüvvədə olan «Hərbi vəziyyət haqqında» (5 fəsil, 17 maddə) Qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir:

«Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat nəticəsində yaşanan gərginlik, verilən itkilər, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və mətbuatın rolu əsas götürülməklə, hərbi sirlərin qorunması kimi məsələlər qanun layihəsinin yenidən işlənməsini zəruri edib. Hazırda qüvvədə olan qanunda göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir və Milli Məclis 72saat ərzində bu məsələyə baxıb qərarını verir. Yeni qanun layihəsində bu müddət 48 saata endirilib. Qanunda əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır. Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən digər yerlərə köçməməsi layihədə əksini tapıb».

İclasda deputatların bəzi təkliləri olub. Z.Oruc qeyd edib ki, bu təkliflər hərbi vəziyyət zamanı sırf internet resursların fəaliyyətinin nizamlanması və hərbi birləşmələrlə bağlıdır: «Burada qanunsuz silahlı birləşmələrə dair məsələlər qaldırıldı. Biz təklif etdik ki, dövlətin yaratdığı lokal silahlı birləşmələrdən başqa, heç bir silahlı birləşmələrin fəaliyyəti tanınmasın. Bu, hazırkı qanunda yoxdur. Layihədə bu məqam da əks olunub».

Z.Oruc bildirib ki, qanun layihəsi konseptual olaraq birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG