Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 19:28

Lukashenka prezident aparatını 30% ixtisar elədi


Alyaksandr Lukashenka

Belarus prezidenti Aleksandr Lukashenka Prezident Administrasiyasında ixtisar aparılması barədə fərman imzalayıb.

Sənəd 2017-ci il mayın 1-dən qüvvəyə minəcək.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda dövlət aparatı, prezident administrasiyasında 30 % ixtisar aparılması nəzərdə tutulur.

Sənəddə həmçinin administrasiyanın yeni strukturu da müəyyən edilir.

Belə ki, mətbuat xidmətinin səlahiyyətləri genişləndirilir və prezidentə dha iki köməkçi təyin edilməsi nəzərdə tutulur.

Onlardan biri qanunvericilik və məhkəmə orqanları ilə işləyəcək, digəri isə bank və kredit-maliyyə təşkilatının fəaliyyətinə nəzarət edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG