Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədə hava durumu ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, fevralın 13-ü gündüzdən 14-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib. Arabir sulu qar, qar yağıb. Yağıntılar Lənkərana-Astara zonasında intensiv olub.
Qar örtüyünün hündürlüyü Bakıda, Abşeron yarımadası və Sumqayıtda 1-4 sm təşkil edib.
Ən çox qar ölkənin cənubundakı dağlıq rayonlarına düşüb. Qarın hündürlüyü Lerik rayonunun Rvarud kəndində 88 sm-ə çatıb.
Bu rayonun dağlıq kəndlərinə yolun bağlandığı bildirilir.