Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:59

Ramil Şeydayev Slovakiyanın “Jlina” klubuna keçir


Foto arxiv

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyanın “Jlina” klubuna keçib.

Qol.az-n məlumatına görə, futbolçunun meneceri Riyad Rəfiyev fevralın 10-da bildirib ki, Şeydayev “Jilina” klubu ilə ilyarımlıq müqavilə imzalayacaq.

Onun sözlərinə görə, Ramil Şeydayevə Rusiyadan da təklif olub, amma futbolçu Avropada oynamaq istəyib: “Ramil “Jilina”da daha çox oynamaq şansı qazanmaq üçün ora keçir”deyə menencer bildirib.

AFFA-nın rəsmi Feysbuk səhifəsi də məlumat yayaraq, Ramilin icarə əsasında "Jilina"da oynayacağını açıqlayıb.

Qeyd edək ki, Ramil Şeydayev mövsümün əvvəlində Türkiyənin “Trabzonspor” klubuna keçib. Amma orada çox oynamadığından klub futbolçunu icarəyə vermək qərarına gəlib.

"Jilina" hazırda Slovakiya çempionatının lideridir. Slovakiya müstəqillik qazandıqdan sonra bu klub 5 dəfə ölkə çempionu olub.

Multimedia

XS
SM
MD
LG