Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:31

Sevgililər günündə 'Xəzərdə eşqin səsi' duyulacaq


Afişa
Afişa

Fevralın 14-də Nizami Kino Mərkəzində «Xəzərdə eşqin səsi» adlı ikinci Türk Şeir Gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurumun və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutacaq gecədə teatr sənətçiləri Türkiyə və Azərbaycan türkcələrində şeirlər səsləndirəcək.

Füzulinin «Eşq imiş hər nə var aləmdə» deyimiylə gerçəkləşəcək gecədə «Savalan» musiqi qrupu və müğənni Lalə Məmmədova iştirak edəcək.

Xəbərdə vurğulanır ki, «Söz» ədəbi layihəsi çərçivəsində gerçəkləşdiriləcək gecədə Yunusdan Mövlanəyə, Orxan Vəlidən Abdurrəhim Karakoça, Nəsimidən Şəhriyara, Mikayıl Müşfiqdən Hüseyn Cavidə dili, tarixi və gələcəyi bir olan qardaş Azərbaycan və Türkiyənin ədəbi zənginliyi bir araya gələcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG