Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Əfqanıstan vətəndaşının adı siyahıdan çıxarıldı


Gulbuddin Hekmatyar

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və «Əl-Qaidə» Sanksiya Komitəsinin fevralın 3-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

Məlumata görə, bir nəfərin adı siyahıdan çıxarılıb. Həmin şəxs Əfqanıstan vətəndaşı Gulbuddin Hekmatyar-dır.

Ümumi Siyahı milli qanunvericiliyə, beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki, hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Hazırda 46 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilib axtarışa verilib. Bu Ölkədaxili Siyahıya aiddir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG