Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:03

Vətəndaş cəmiyyəti: 'Sazişin demokratik aspekti gücləndirilməlidir'


Arxiv fotosu.

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) Avropa Birliyi (AB) və Azərbaycan arasında tərəfdaşlıq haqqında imzalanacaq sazişdə demokratik aspektini gücləndirilməsini istəyir.

“AB və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, dərinləşməsi və müxtəlif sahələrdə demokratik islahatların keçirilməsinin bünövrəsini qoyan yeni dialoqun başlamasını alqışlayırıq.

Buna da bax:​ Azərbaycanlılar da Avropaya vizasız gedə biləcəkmi?

Bununla belə, əməkdaşlıq sazişində təqdim edilmiş vəzifələrin öz həllini tapmayacağı narahatlıq doğurur. Çünki əməkdaşlığın azad cəmiyyət kimi mühüm komponenti Azərbaycanda, hələ də formalaşmayıb. Ölkədə siyasi partiyaların, QHT-lərin, KİV-lərin fəaliyyəti, toplaşmaq azadlığı məhdudlaşdırılıb, siyasi məhbusların sayı durmadan artır”, deyə qurumun AB-yə müraciətində bildirilir.

Müraciətdə sazişə daha həssas yanaşılması istənilir.

“VCMK AB rəhbərliyi ilə Azərbaycan hökumətini demokratik islahatlar, qanunun aliliyi, vətəndaş cəmiyyətinin azadlığı və insan hüquqlarının müdafiəsini Strateji Tərəfdaşlıq Sazişinin yeni layihəsində əsas amillər kimi nəzərdə tutmağa səsləyir”, deyə müraciətdə vurğulanır.

Buna da bax:​ 'Şəffaflıq koalisiyası'nda nə baş verir?

Fevralın 6-da Brüsseldə AB və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması haqqında danışıqlar başlayıb.

Bu sənəd 1996-cı il tarixli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməlidir.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir. 2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi olan Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi'nə dəstək

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklifi etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG