Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:53

Baş nazirin müavini qiymət artımından narahat deyil


Əli Əhmədov

“Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik".

"APA" informasiya agentliyinin xəbərinə görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan partiyası sədrinin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, hökumət qiymətlərin daha sürətlə artmamasından ötrü vacib olan tədbirlər görülür:

"Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənardayam. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, ölkədə qiymətlərin artımının qarşısı mümkün qədər alınsın. Bu, insanların həyat, yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG