Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 16:03

Bakıda yağış, dağlıq rayonlarda qar gözlənir


Yağış.

Fevralın 9-u Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir. Yarımadanın bəzi ərazilərində yağıntının sulu qara keçəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3, gündüz 3-6, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da yağış, sulu qar gözlənilir. Dağlıq rayonlarda qar yağacağı bildirilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG