Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 16:45

Lapshin Bakı İstintaq Təcridxanasına köçürülüb


A.Lapshin Bakıya gətirilib.

Fevralın 7-si gecə Belarusdan Azərbaycana ekstradisiya edilən bloqqer Alexander Lapshin Dövlət Təhlükəsizliyi Xidmətindən Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O qeyd edib ki, hazırda onunla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Fevralın 7-də Belarus Ali Məhkəməsi bloqqer Alexander Lapshin-in Azərbaycana ekstradisiyası haqqında qərarın qanuni olduğu qənaətinə gəlmişdi.

Bir qədər əvvəl də Minsk şəhər Məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar qəbul etmişdi.

XATIRLATMA

Alexander Lapshin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Belarus Baş Prokurorluğu A.Lapshin-in Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bloqqer bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin A.Lapshin-in təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.

A.Lapshin Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi bildirilir.

A.Lapshin eyni zamanda İsrail, Rusiya və Ukrayna vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG