Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Moldova prezidenti NATO-nu çox yaxınlaşmamağa çağırır


Igor Dodon

«NATO Moldovayla yaxınlığa tələsməməlidir». Bunu Moldova prezidenti, rusiyapərəst Igor Dodon deyib. NATO Moldova ərazisində rabitə qovşağı açmağa hazırlaşır.

I.Dodon dünən-fevralın 7-də NATO-nun baş katibinin müavini Rose Gottermoeller-lə görüşüb, deyib ki, qovşağın moldovanlara elə bir xeyri yoxdur və onu açmağa tələsməsinlər. «Mənə görə, bu qovşaq əvvəlki hökumətin təxribat planıdır». Prezident belə deyib.

Moldovada prezident vəzifəsi formal xarakter daşıyır. Hökuməti hazırda Avropaya meylli partiyalardan ibarət koalisiya idarə edir. Dekabrda prezident seçilən I.Dodon isə ölkəsinin Rusiyaya yaxınlaşmasının tərəfdarıdır. O, ilk səfərini də Moskvaya edib.

Dünənki görüşdən sonra R.Gottermoeller I.Dodon-la pozitiv müzakirələr apardığını bildirib və NATO-nun Moldova ərazisində rabitə qovşağı yaratmaq planında israrlı olduğunu söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG