Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 22:58

Merkel:"Ukraynadakı münaqişə həll olunmayınca Rusiyaya qarşı sanksiyalar qalacaq"


“Ukraynadkı münaqişə həll olunmayınca Rusiyaya qarşı sanksiyalar qaldırılmayacaq”.

Bunu Almaniya kansleri Angela Merkellə Polşanın baş naziri Beata Shidlo fevralın 7-də Varşavada bəyan ediblər.

Merkel qeyd edib ki, münaqişənin həlliylə bağlı Minsk razılaşması yerinə yetirilməyincə, sanksiyaların götürülməsindən söhbət də gedə bilməz.

Merkel həmçinin bildirib ki, Almaniya Avropa Birliyinin şərq sərhədlərinin müdafiəsinə xərcləri artıracaq.

Həmçinin polşanın baş naziri Beata Shidlo eyni bəyanatla çıxış edib.

Hər iki lider Avropa Birliyi ilə ABŞ arasında xoş münasibətlərin vacibliyini qeyd ediblər.

İki ölkə arasındakı xoş münasibətlərə baxmayaraq, Beata Shidlo ölkəsinin Rusiya ilə Almaniyanı birləşdirməli olan “Şimal axını-2” qaz kəmərinin tikintisinə qaerşı olduğunu deyib.

Bu kəmər Baltik dənizinin dibindən keçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG