Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:22

Son 25 ilin ən yaxşı rejissorları seçilib


ABŞ-da çıxan populyar "Quartz" qəzeti fevralın 7-də, son 25 ilin dünyanın yüz ən yaxşı rejissorunun reytinqini açıqlayıb. Qəzet reytinq siyahısını hazırlarkən "Metacritic" kinoresenziya saytının məlumatlarından istifadə edib.

Saytın siyahısında ilk yeri amerikalı rejissor Richard Linklater tutub. Linklater "Yeniyetməlik", "Şəfəqdən öncə" və "Gecəyarısından öncə" kimi məşhur filmlərin rejissorudur. Rejissorun reytinqi yüz ballıq sistemlə 88,5 balla qiymətləndirilir.

​"Quartz" qəzetinə görə son 25 ilin ən yaxşı rejissoru seçilmiş R. Linklater-in ən məşhur filmi "Şəfəqdən öncə"-nin treyleri.

İkinci yerdə 85,7 balla rejissor Mike Leigh ("Kariyeristlər", "Çılpaqlar", "Sirr və yalan" filmlərinin rejissorudur). Üçüncü yerdə isə 85,5 balla iranlı dünyaca məşhur rejissor Jafar Panahi ("Ofsayt", "Çevrə", "Al qırmızı qızıl") dayanır.

Buna da bax: 2016-cı ilin ən yaddaqalan filmləri - Oxu Zalının siyahısı

Həmçinin ilk onluqda Jean-Pierre Dardenne, Joel və Etah Coen qardaşları, Hirokazu Koreeda, Steven Spielberg, Martin Scorsese, Pedro Almodavar Werner Herzog kimi rejissorlar var.

Xatırladaq ki, Metacritic kinolara yazılan resenziyaların əsasında filmlərə 0-la 100 bal arası qiymətlər verir. Məsəlçün Damien Chazelle-nin 2016-cı ildə ekranlara çıxmış və Oscara namizəd olmuş filmi "La-La Lend" Metacritic-də haqqında yazılan 53 məqalənin əsasında 93 bala layiq görülüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG