Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 17:19

2016-cı ilin ən yaddaqalan filmləri - Oxu Zalının siyahısı


"La la Land" filmindən bir səhnə
"La la Land" filmindən bir səhnə

Oxu Zalı 2016-cı ildə dünyada ən çox müzakirə olunan və baxılan beş filmin siyahısını təqdim edir.

1. "La la Land"

"La la land" filminin treyleri.

Aşiqlər şəhəri - "La la Land" 2016-cı ildə çəkilmiş və elə eyni ildə çox qısa bir zamanda ard-arda uğurları ilə ilin haqqında ən çox bəhs olunan filminə çevrildi. Film əslində çox vaxt Hollywoodda darıxdırıcı filmlər kateqoriyasına girən müzikl janrındadır amma rejissor Damien Chazelle-nin musiqi, Hollywood aktyorlarının həyatı, cazz, rəqs, sevgi macərası kimi çox baxılan mövzulardan istifadəsi filmin uğurunu qat-qat artırıb. “La la Land” ilk baxışdan inanması mümkün olmayan bir əhvalatdan danışır. Aktrisa olmaq arzuları ilə yaşayan gənc qız Mia (Emma Stone) seçmələrdən əli boş qayıdır və başqa bir xəyalpərəst öz caz klubunu qurmaq istəyən amma bir restoranda caz ifa edən Sebastianın (Ryan Gosling) min bir təsadüflərdən sonra qarşılaşıb bir-birlərinə aşiq olmalarından bəhs edir. Rejissor özü də bir müsahibəsində əvvəllərə müzikllərdə durduğu yerdə mahnı oxumağa başlayan tiplərə nifrət etdiyini, ancaq sonradan bu avanqard bir ənənəni ölümsüzləşdirdiyini anladığını deyir.

Buna da bax: 2017-ci ildə "Oscar"a ən şanslı filmlər

2. Satıcı

Asgar Farhadinin "Satıcı" filmindən bir kadr, 2016.
Asgar Farhadinin "Satıcı" filmindən bir kadr, 2016.

Bu il festivallarda ən çox iştirak edən, adından ən çox bəhs olunan filmlərdən biri iranlı rejissor Asghar Farhadinin “Satıcı” filmi oldu. Film Kann film festivalında ən yaxşı ssenari və ən yaxşı kişi aktyor mükafatlarına layiq görüləndsən sonra dünya boyu göstərilməyə başladı. Satıcı əslində nə siyasətdən, nə beynəlxalq qalmaqallardan, nə tarixdən bəhs etmi, bu bir ailənin daxili həyatından danışır. Sadəcə filmdə uğurlu aktyor oyunu, klassik teatr ənənələrindən istifadə və sonunda heç gözlənilməyən, bir vedrə soyuq su effekti yaradan hadisələrin nəticəsi filmi böyük oxucu kütləsinə sevdirə bilib.

Buna da bax: Bu məşhur filmlər F. Scott Fitzgeraldın əsərləri əsasında çəkilib

3. Sağ qalmış

A. Innaritunun çəkdiyi, Leonardo DiCaprionun baş rolunda oynadığı "Sağ qalmış" filmindən bir kadr.
A. Innaritunun çəkdiyi, Leonardo DiCaprionun baş rolunda oynadığı "Sağ qalmış" filmindən bir kadr.

Filmoqrafiyasına baxdıqda “Sağ qalmış” filmi ilə yeni bir səhifə açan Alejandro Inarritu-nun yeni filmi “Sağ qalmış” 2016-da çox müzakirə edildi. Əlbəttə onu müzakirə etdirən Innaritudan çox baş rol ifaçısı Di Caprio və onun uzun həsrətdən sonra axır ki, aldığı Oscar mükafatı idi. Həmçinin filmlərdə bundan öncə qarşımıza çıxmayan insanı təbiətə qarşı həssas olmağa çağıran, insanla təbiətin amansız mübarizəsindən bəhs edən film üzümüzə tamamilə yeni bir film aləminin qapılarını açır. Bundan əvvəlki il “Birdman” filmi ilə aldığı “Ən yaxşı rejissor” işi Oscarından sonra bu Innaritunun özünə inamıyla çəkdiyi ikinci parlaq filmi idi.

Buna da bax: Google 2016-cı ildə ən çox baxılan filmlərin siyahısını açıqlayıb

4. Deadpool

"Deadpool" filminin posteri.
"Deadpool" filminin posteri.

Googlenin 2016-cı ildə ən çox baxılan filmlərdən birincisi adlandırdığı “Deadpool” filmi superqəhramanlar stilindədir. Film keçmiş hərbi kəşfiyyatçı Wade Wilson-un ordudan təxris olunduqdan sonrakı həyatından bəhs edir. Rahat həyata başladığı ilk günlərdə həyatına yeni girən Vanessayla gözəl bir münasibət yaşadığı zaman birdən öyrənir ki, xərçəng xəstəliyinə tutulub. Bir xəbərlə həyatı alt-üst olan Wade müalicə olunmaq şansının olmadığını bildikdən sonra həyatındakı qadını daha çox incitməmək üçün ondan ayrılır və elə bu dəmdə ona xəstəlikdən qurtulmaq şansı verən bir gizli layihəyə qoşulur. Layihə çərçivəsində genetik dəyişikliyə uğrayan baş qəhraman tezliklə supergüclərə sahib bir insana çevrilir və qara qüvvələrə qarşı mübarizəyə başlayır. Rejissor Tim Miller-in çəkdiyi film 2016-cı ildə böyük maraqla qarşılanmış və filmdə supergüclərə və bu güclərin daşıyıcısı olan qəramanlara olan düşkünlüyün hələ də qaldığını sübut etdi.

Buna da bax: Oscarın qısa siyahısı məlum oldu - siyahıda bir rus, bir iran filmi də var

5. Snowden

Oliver Stoun-un "Snowden" filminin posteri.
Oliver Stoun-un "Snowden" filminin posteri.

2016-cı ilin ən qalmaqallı filmlərindən biri də “Snowden” hələ əməlli-başlı dünya tamaşaçılarına göstərilmədən əfsanəyə dönmüş üç Oscar mükafatı olan rejissoru isə Oliver Stone isə tez-tez müsahibələr verərək belə bir mövzuda film çəkməyin nə qədər böyük cəsarət tələb etdiyindən danışırdı. Belə ki, bu bir zamanlar Amerika Xüsusi Xidmət orqanlarında çalışmış Edward Snowden-in həyat hekayəsidir. Onun haqda çəkilmiş ilk film 2014-cü ildə ərsəyə gəlmişdi. Rejissor Laura Poitras-ın çəkdiyi sənədli “Citizenfour”da Snowden hələ ABŞ-dan yeni qaçıb və öz işi haqda sirrləri açır. Film 2015-ci ildə “Ən yaxşı sənədli film” nominasiyasında mükafat alıb. Oliver Stounun çəkdiyi bədii filmdə isə bir suala cavab axtarılır: Edward Snowden casusuydu, yoxsa vətənsevər, ya da informasiya texnologiyaları sahəsində nəhəng bilgilərini göstərməyə çalışan hacker? Hər iki qərbədki film xüsusi xidmət orqanlarının sensassiyalı sirrlərini açdığını iddia etdiyi üçün 2016-cı ildə haqqlarında həm çox məqalələr yazılmış, həm də böyük tamaşaçı marağına səbəb olmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG