Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:17

Bu məşhur filmlər F. Scott Fitzgeraldın əsərləri əsasında çəkilib


"Böyük Qetsbi"dən bir səhnə 2013.

"Böyük Qetsbi"dən bir səhnə 2013.

-

Bu məşhur filmlər F. Scott Fitzgeraldın əsərləri əsasında çəkilib

Hollywood tarixinə baxdıqda onun həm də yazıçıların çiynində dayandığını görürük. Bir çox Amerika yazıçısı yaradıcılığının bir dövründə özünü birdən-birə Hollywood ssenaristi cildində görüb. Məşhur yazıçılar William Faulkner, John Steinbeck, Truman Capote, Ray Brdbury, Stephen King sonradan ssenariyə çevrilərək məşhurlarşmış əsərlər yazıblar. Ancaq Hollwoodun ən əfsanəvi yazıçısı siması kimdir deyə araşdırsaq, şübhəsiz ki, qarşımıza ən çox Francis Scott Fitzgeraldın adı çıxacaq. Elə isə gəlin Fitzgeraldın kinoya çevrilmiş məşhur əsərlərini yada salaq.

Yazıçı F. Scott Fitzgerald.

Yazıçı F. Scott Fitzgerald.

Azərbaycanda F.S. Fitzgeraldın adı daha çox yaxın zamanlarda onun əsəri əsasında ekranlaşdırılmış Leonardo Di Caprionun baş rolunu oynadığı “Böyük Qetsbi” filmi ilə birlikdə çəkilməyə başlayıb. Ancaq çoxlarının düşündüyündən fərqli olaraq bu onun kitabları əsasında çəkilmiş yeganə film deyil.

Buna da bax: Fitzgerald-ın milyonlarla dollar gətirən əsəri və kimsəsiz məzarı

“Parisi son dəfə görəndə”, 1954-cü il

Amerika rejissoru Richard Brooks bu filmi F.S. Fitzgeraldın kiçik hekayəsi “Yenidən Babil” əsasında çəkib. Tanınmış kinokompaniya Metro-Goldwyn-Mayer bu filmdə oynamaq üçün məşhur aktrisa Elisabeth Tayloru razı salmış və o zamanlar hələ tanınmayan yaraşıqlı kişi aktyoru Roger Mooreni debüt rolunu oynamaq üçün seçmişdi. Ancaq bu da var ki, rejissor böyük yazıçının hekayəsinin orijinal sujetini standart Hollywood “happy-end”i ilə dəyişdirmişdi.

"The last time I saw Paris" filminə məşhurluq gətirən eyni adlı soundtracki.

Filmin əsas soundtrackı olan filmlə eyni adı daşıyan “Parisi son dəfə görəndə” film çıxmazdan öncə məşhurlaşmışdı. İş orasındadır ki, mahnı heç də filmi çəkənlərin sifarişi ilə yazılmamış, ancaq filmə sonradan əlavə edilmiş və filmə “Oscar” qazandırmışdı.

Amerika kinoakademiyası bu filmi yüz ən yaxşı sevgi filmi siyahısına salıb.

“Xəfif gecə” 1963-cü il

F.S. Fitzgeraldın eyni adlı novellası əsasında çəkilmiş “Xəfif gecə” rejissor dahi Henry Kingin ən sonuncu filmidir. Qeyd etmək lazımdır ki, Henry King buna qədər nə az, nə çox düz 120 film çəkib. Onun Fitzgeralda vurğunluğu da elə yazıçı haqda bioqrafik dram çəkdiyi zamandan başlayıb.

"Xəfif gecə" filmindən bir kadr. Film rejissor Henry Kingin 120-ci və həm də ən sonuncu filmi olub..

"Xəfif gecə" filmindən bir kadr. Film rejissor Henry Kingin 120-ci və həm də ən sonuncu filmi olub..

“Xəfif gecə”də öz dövrünün tanınmış aktyorları Jason Robards və Jeniffer Johns çəkiliblər. Bu sevgi filmi də kinotənqidçilərin mənfi rəylərini almasına baxmayaraq soundtrackına görə “Oscar”a layiq görülüb. 2010-cu ildə “20th Ceuntry Fox” “Xəfif gecə”ni yenidən ekranlaşdıracağını bəyan etsə də sonradan bu fikrindən daşınıb.

“Sonuncu maqnat” 1976-cı il

Əvvəlcədən qeyd edim ki, F.S. Fitzgerald özü “Sonuncu maqnat” romanını tamamlaya bilməyib, o romanı yarıya qədər yazıb və dünyasını dəyişib. Heç kimə məlum olmayan bir səbəbdən rejissor Elia Kazan rejissorluq karierasını məhz Fitzgeraldın bu yarımçıq romanını erkanlaşdıraraq başa vurmaq istəyirdi. Filmdə baş rol məşhur aktyorlar Jack Nicolson, Al Pachino və Dustin Hoffman kimi aktyorlara təklif olunmuşdu. Ancaq sonradan rejissor baş rol üçün gənc və heç kimin tanımadığı bir italyanmənşəlli aktyor tapır, bu isə Robert De Niro idi.

Elia Kazanın "Sonuncu maqnat" 1972 filminin treyleri.

Kazanın bu filmində, film çəkməklə məşğul olan Hollywood biznesmenindən söhbət gedir. Ancaq filmin baş qəhrəmanı qarşılaşdığı sirli qadına aşiq olduğu üçün işindən uzaqlaşır, həyatının nizamı pozulur. Belə versiya var ki, Fitzgerald filmdəki maqnat obrazını İrving Talbergin prototipi kimi yaradıb. Taleyin bir ironiyası da o olub ki, bu film üzərində işləyənlərdən biri, filmin prodüsseri Sam Spigel burdakı işinə görə sonradan İrving Talberg medalına layiq görülür.

Buna da bax: Fitzgerald'ın roman fraqmentini kim tamamlayacaq?

“Benjamin Buttonun müəmmalı hekayəsi” 2008-ci il

Azərbaycan tamaşaçılarının demək olar əksəriyyəti gənclik və qocalıqdan bəhs edən bu zidiyyətli filmdən xəbərdardır. Benjamin Buttonun həyatı başqa insanlarınkından fərqli olaraq əks istiqamətdə inkişaf edir. O qoca kişi kiimi doğulub, zaman keçdikcə gəncləşir. Filmdə baş rolda yaraşıqlı Hollywood aktyoru Brad Pitt oynayır.

"Benjamin Buttonun qəribə hekayəsi" filmindən bir kadr. Filmdə qocalıqdan cavanlığa doğru gedən Benjamin Buttonun rolunu Brad Pitt oynayır.

"Benjamin Buttonun qəribə hekayəsi" filmindən bir kadr. Filmdə qocalıqdan cavanlığa doğru gedən Benjamin Buttonun rolunu Brad Pitt oynayır.

F.S. Fitzgeraldın eyni adlı romanını ekranlaşdıran rejissor David Fincher bu filmlər görülməmiş mükafat yağmuruna düşür. Onun filmi üç “Oscar”, “Saturn” mükafatı, “BAFTA” mükafatı qazanır. 2008-ci ildə ABŞ Milli kinotənqidçilər şurasının qərarı ilə Fincher ilin ən yaxşı rejissoru seçilir.

“Böyük Qetsbi” 2013-cü il

F. S. Fitzgeraldın ən məşhur romanı olan “Böyük Qetsbi” nə az nə çox düz dörd dəfə ekranlaşdırılıb. İlk dəfə hətta 1926-cı ildə çəkilən film səssiz olub, dövrümüzə həmin filmin cəmi bir dəqiqəlik parçası gəlib çatıb və indi o parça Konqress kitabxanasında saxlanılır.

Di Caprio "Böyük Qetsbi" (2013) filmində.

Di Caprio "Böyük Qetsbi" (2013) filmində.

Bu həm də Fitzgeraldın özünün gördüyü versiyadır. Hətta deyirlər ki, müəllif arvadı ilə kinoteatra baxmağa getdiyi filmə axıra kimi baxmadan zalı tərk edir. Yazıçı bu haqda qızına yazırdı ki, film “biabırçı və iyrənc şəkildə çəkilib”. Filmin sonrakı versiyaları 1949 və 1974-cü illərdə çəkilib. Ancaq etiraf etmək lazımdır ki, romana son dəfə və həmişəlik can verən 2013-cü ildə Leonarda Di Caprionun baş rolu oynadığı sonuncu versiyası olub. Rejissor Baz Luhrmann əsəri dördüncü dəfə ekranlaşdırmaq riskinə gedir. Filmin uğurlu olacağından əvvəlcədən duyuq düşən Luhrman hələ bir onu 3D formatda çəkir. Film tənqidçilər tərəfindən mənfi rəy alsa da, əvvəlki versiyaları kimi iki “Oscar”a layiq görülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG