Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 07:48

Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) yerləşdirdiyi 600 milyon manat dəyərində səhmlər sayəsində Bakı Fond Birjasının (BFB-nin) dövriyyəsi dəfələrlə artıb.

İndi SOCAR istiqrazları da təkrar bazarda ən çox alınıb-satılan qiymətli kağızlardan sayılır.

Buna da bax:​ Maliyyə nazirliyi bazara qayıtdı

BFB-nin ticarətə dair yanvar hesabatında göstərilir ki, törəmə qiymətli kağızlar daxil, əməliyyatların toplam həcmi 1 milyard manatı aşıb. Ən çox sayda – 4 min 850 alqı-satqı da müxtəlif valyuta cütlükləri ilə Forex əməliyyatlarında qeydə alınıb. Bu, birjada ayboyu bağlanmış müqavilələrin təxminən 92 faizi deməkdir. Valyuta məzənnələrində «oynayan» investorlar 358 milyon manat - ötən ilin yanvarından 230 milyon manat çox alış-veriş ediblər.

SOCAR istiqrazlarının qiyməti düşüb

Yanvarda Azərbaycan İpoteka Fondu (AİF) 10 milyon manatlıq istiqraz, ABB isə 600 milyon manatlıq səhm yerləşdirib. Ötən il SOCAR-ın satdığı 100 milyon dollarlıq istiqrazların təkrar bazardakı alqı-satqısı da pis getmir. Birjada hər gün yüzlərlə SOCAR istiqrazı alınıb-satılır. Ancaq istiqrazlar üzrə rüblük faizlər ödəniləndən sonra onların qiyməti nominala (min ABŞ dollarına) yaxınlaşıb. Əvvəlki aylarda bu qiymətli kağızlara görə investorlar, orta hesabla, 1010-1018 dollar ödəyirdilər.

Buna da bax: Azərbaycanın reytinqi 'zibil' səviyyəsində qalsa da...

Səhmlərin çoxu birjadan kənardadır

Səhmlərin təkrar bazarına gəlincə, birjada, əvvəlki kimi, iri deyil, xırda səhm zərfləri alınıb-satılır. Bir ayda bağlanan 113 alqı-satqı müqaviləsinin toplam dəyəri 345 min manat – hər əqd üzrə təxminən 3 min manat olub.

İri səhmlərin alqı-satqısı, bir qayda olaraq, birjadan kənarda rəsmiləşdirilir. Bu səbəbdən, Azərbaycandakı səhmdar şirkətlər üzərində nəzarətin necə dəyişdiyini izləmək olmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG