Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 14:59

Maliyyə nazirliyi bazara qayıtdı


Maliyyə nazirliyi

Fevralın 3-də keçirilən hərracda Maliyyə nazirliyinin təklif etdiyi dövlət istiqrazları üçün investorlar xeyli mübarizə aparmalı olublar. Kredit böhranı yaşandığından, pulunu yerləşdirməkdə çətinlik çəkən bankların tələbi hökumətin təklifini xeyli üstələyib.

Bakı Fond Birjasının satışa 15 milyon manatlıq istiqraz çıxardığı bilinsə də, 9 investor onları almağa, azı, 41 milyon manatlıq sifariş verib. Bununla belə, onlar çox ehtiyatlı davranaraq, 100 manat dəyərindəki istiqrazlara 80-86 manat arasında pul ödəməyə hazır olduqlarını bildiriblər. Nəticədə, nazirlik birillik istiqrazları, ortalama, 84 manat 64 qəpikdən satıb.

Buna da bax:​ Azərbaycana kredit ayıran qurumlar

İstiqrazlar yüksək gəlir gətirir

İnvestorlar qiymətli kağızların alınmasından illik 18,3 faiz gəlir götürəcəklər. Hərracın yekunlarına görə, 15 milyon manatlıq istiqraz satışından dövlət büdcəsinə 12,7 milyon manat daxil olacaq.

Ölkənin maliyyə bazarlarındakı mövcud durumu şərh edən ekspert Cəfər İbrahimli AzadlıqRadiosu-na deyib ki, banklar faizlərin yüksək olduğu bir dönəmdə kredit verməkdə maraqlı görünmür, likvidliyi təmin etmək üçün vəsaitlərindən daha çox valyuta alqı-satqısında yararlanırlar.

Buna da bax:​ Nazirlik mənimsəmə halları aşkarladığını bildirir

Banklar kredit vermirsə, nə edir?

«Müşahidələr göstərir ki, bankların əsas fəaliyyəti hazırda valyuta bazarına yönəlib. Alış və satış məzənnəsi arasındakı fərq səbəbindən onların bu ticarətdə yetərincə qazanmaq imkanları var. Pul yerləşdirməyin başqa alternativləri, məsələn, Mərkəzi Bankın notları və depozitləri, eləcə də SOCAR istiqrazları də mövcuddur».

Bazarı «ölü nöqtədən» qaldırmaq üçün təklif

Bu il maliyyə və kapital bazarlarında gözlənilən yeniliklərə toxunan ekspert deyib ki, durğunluq olsa da, investisiya şirkətləri çalışmalarına ara vermirlər. Söhbət ilk növbədə paylı investisiya fondlarından gedir. «Banklar, sığorta, lizinq və investisiya şirkətləri, digər korporativ qurumlar təşəbbüsü ələ almaqdansa, Mərkəzi Bank və ya Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) hərəkət gözləyirlər. Dövlət qurumlarının bazarı «ölü nöqtədən» qaldırmaq üçün atacaqları addımlara bel bağlamaq hazırkı durumda heç də düzgün deyil. Şəxsən mən manat/dollar cütlüyündə törəmə maliyyə alətlərinin fyuçers müqavilələrinin bazara təklif olunmasını tərəfdarıyam», - C. İbrahimlinin sözləridir.

Buna da bax: İpotekalar elektron yolla veriləcək

İstiqraz satılır, amma qeydiyyatdan xəbər yox

Diqqət çəkən məqam odur ki, MBNP indiyədək Maliyyə Nazirliyinin bu il buraxdığı qısamüddətli istiqrazların qeydiyyat və fiziki parametrləri (nominal qiyməti, ümumi həcmi, dövriyyə müddəti və s.) haqqında məlumatı açıqlamayıb. Qiymətli kağızların yerləşdirilməsinə isə, qeyd olunduğu kimi, artıq başlanıb.

Mütəxəssislərin sözlərinə görə, «Qiymətli kağızlar bazarı haqqında» qanuna əsasən, Palata ölkədə dövriyyədə olan və dövlət qeydiyyatına alınmış bütün qiymətli kağızların reyestrini də öz məlumat resursunda açıqlamaq öhdəliyi daşıyır. Ancaq 2015-ci ilin iyulundan - qanun qüvvəyə minəndən bəri reyestr ictimaiyyətə təqdim olunmur.

Buna da bax:​ Əmlak komitəsindən kvadratmetri 2 manata zirzəmi təklifi

Bakı Fond Birjasının məlumatına görə, ötən il Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsindən 421 milyon 490 min manat əldə edib. İstiqrazlar dövlət büdcəsinin cari kəsirini bağlamaq üçün istifadə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG