Britaniya parlamenti icmalar palatasının sədri Con Berkou ( John Bercow) ABŞ prezidenti Donald Trumpun Londona səfəri zamanı deputatlar qarşısında çıxışına imkan verməməyə çağırıb.
O qeyd edib ki, icmalar palatası irqçiliyi qəbul etmir və müstəqil ədalət mühakiməsinin tərəfdarıdır.
Artıq 160-dan çox deputat Trumpun çıxışına qarşı çıxıb.
Bu barədə “Guardian” qəzeti yazır.
Donald Trumpu Böyük Britaniyaya, bu yaxınlarda ABŞ-a səfəri zamanı baş nazir Tereza Mey ( Theresa May) dəvət edib.
Səfər 2017-ci ilin yayına nəzərdə tutulub.
1 milyon 800-dən çox britaniyalı online-petitsiyada səfərin təxirə salınmasını tələb edib.
3 min nəfərə yaxın adamsa səfərə icazə verilməsini yazıb.