Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 00:16

Vulkan çatlar yaradıb


Bakıda vulkan püskürüb. Partlayış anı- [video]
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Fevralın 6-da Qaradağ rayonu ərazisində püskürən Otman-Bozdağ palçıq vulkanı kraterdən cənub istiqamətində eni 6 metr çatlar yaradıb.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda çatların 3-4 kilometr məsafəyə qədər uzandığı qeyd edilir.

Məlumatda bildirilir ki, vulkan püskürməsi zamanı xaric olunan sülb tullantılarının həcmi ümumilikdə 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə, uzunluğu isə 350 metrə çatır.

Nazirlik qeyd edir ki, yaxınlıqda yaşayış məskənləri yoxdur. Ona görə də palçıq vulkanı təhlükəli deyil.

«Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb», - nazirlik qeyd edir.

Hazırda nazirliyinin əməkdaşları palçıq vulkanı baş verən əraziyə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG