Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Fevralın 8-i Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecəyə doğru yağıntının sulu qara keçəcəyi ehtimal edilir. Yarımadada gecə 1-3, gündüz 5-8, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yağış, sulu qar, qar gözlənilir. Gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.

Beləliklə, fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq ayın 11-ə kimi havanın qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı bildirilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-8 dərəcə aşağı enəcəyi qeyd edilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG