Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 19:49

2 direktor, 20 əməkdaş işdən çıxarılıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Masallı, Zaqatala, Qusar meşə mühafizəsi və bərpası müəssisələrində vəziyyəti araşdırıb.

Nazirliyin açıqlamada yazılır ki, meşələrin qorunmasında nöqsanlara yol verilməsi aşkar edib.

«Meşələrin qorunub mühafizə olunması qeyri-qənaətbəxş təşkil edilib. Əmək müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməyib»,- deyə açıqlamada bildirilir.

Nazirlik bildirir ki, Masallı, Zaqatala meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru işdən çıxarılıb. Bundan başqa, sözügedən rayonlarda meşələrin mühafizəsinə cavabdeh 20 əməkdaş işdən kənarlaşdırılıb.

İşdən çıxarılan direktorlar və sıravi əməkdaşların məsələyə münasibətləri, hələlik, bəlli deyil.

XS
SM
MD
LG