Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Netanyahu hamını İrana sanksiyalara çağırır


İsrail lideri Benjamin Netanyahu «məsuliyyətli» ölkələri Donald Trump-dan nümunə götürməyə, İrana sanksiyalar qoymağa çağırıb.

İsrailin baş naziri B.Netanyahu dünən—fevralın 6-da Londonda britaniyalı həmkarı Theresa May-lə görüşüb. O, İranın İsraili məhv etməyə, Yaxın Şərqə sahib olmağa çalışdığını, Avropaya, Qərbə, bütün dünyaya təhlükə olduğunu söyləyib.

Yanvarın sonunda raket sınaqları keçirdiyinə görə Tehran Vaşinqtonun sərt qınağıyla üzləşib. Bir neçə gün əvvəl isə D.Trump administrasiyası İrana yeni sanksiyalar qoyub.

T.May-lə görüşdən əvvəl B.Netanyahu deyib ki, o, İranın sınaqlarına birgə cavab verilməsini, Britaniyanın da Birləşmiş Ştatlara və İsrailə qoşularaq, İranın aqressiyasına qarşı birgə hərəkət etməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG