Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 02:30

«Ölkə başçısının Avropa Parlamentinin prezidenti cənab Antonio Tajani ilə görüşdən imtina etməyi çox ciddi bir siyasi səhvdir».

Bunu keçmiş diplomat, Avropada mühacir həyatı yaşayan Arif Məmmədov bildirib.

Xəbərə görə, A.Məmmədov bu imtina fəsadlarının uzun müddət Azərbaycana mənfi təsir edə biləcəyini söyləyib: «A.Tajani yeni seçilmiş prezidentdir, İslam dinini çox dərindən bilir və dinimizə böyük hörmətlə yanaşır. Onunla 2 saat İslamdan danışmışıq və onun bilikləri məni valeh etmişdir».

A.Məmmədov eyni zamanda A.Tajani-nin çox nüfuzlu bir şəxs olduğunu söyləyib: «Çalışacağam ki, onun məyusluğu bütün Azərbaycana yox, yalnız hakimiyyətə aid olsun».

A.Məmmədov 2000-ci ilin mayından 2006-cı ilin noyabrınadək Brüsseldə Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiridir.

2015-ci il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən hündürmərtəbəli binanın yanğını ilə bağlı hakimiyyəti tənqid edib. Bundan sonra hökumət ondan Bakıya qayıtmağı tələb edib. A.Məmmədov bu tələbdən imtina edib. Diplomat hazırda Avropada mühacir həyatı yaşayır.

XATIRLATMA

Dövlət başçısı İlham Əliyev 2017-ci il fevralın 5-də Belçikaya səfər edib. Avropa Birliyinin bir sıra rəhbərləri ilə görüşüb. Bu sırada Avropa Parlamentinin prezidenti A.Tajani ilə planlaşdırılan görüşü ləğv edib. Buna səbəb kimi Avropa Parlamentində Azərbaycanda insan haqlarına dair dinləmələrin keçirilməsi göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG