Fevralın 6-sı, yerli vaxtla saat 22:32:45-də Qobustandan 23 km cənub-qərbdə, Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ hiss olunmayıb.
Zəlzələnin dərinliyi 12 km, maqnitudası isə 3.0 olub.