Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:07

İlk ticarət nümayəndəsi Rusiyaya təyin edildi


Moskva

«Ruslan Əliyev Azərbaycanın Rusiyadakı səfirliyinə ticarət nümayəndəsi təyin olunub. Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin məzunu olan R.Əliyevin Azərbaycanda və Rusiyada həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var».

Bu haqda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

Nazir AZƏRTAC-a açıqlamasında bu təyinatın ölkə başçısının səfirliklərdə ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı fərmanından sonra ilk belə təyinat olduğunu bildirib.

RUSİYADAN BAŞLANMASI BİR NEÇƏ SƏBƏBLƏ BAĞLIDIR

«Təyinatın birinci olaraq Rusiyadan başlanması bir neçə səbəblə bağlıdır. İlk növbədə, Rusiya Azərbaycanın qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşıdır. Ölkəmizin qeyri-neft məhsullarının 31 faizi Rusiyaya ixrac olunur. Bu göstərici üzrə Rusiya ticarət tərəfdaşlarımız arasında 1-ci yerdədir. Digər tərəfdən, Rusiya ilə ölkəmiz investisiya sahəsində geniş əməkdaşlıq edir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya yatırıb», - nazir əlavə edib.

XATIRLATMA

Ötən ayın sonunda prezident İlham Əliyev xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndəsinin təyin edilməsi haqqında fərman imzalayıb.

Ticarət nümayəndələri xarici ölkələrdə Azərbaycanın iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsindən ötrü fəaliyyət göstərməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG