Fevralı 7-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3, gündüz 8-13, Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da ciddi yağıntı gözlənilmir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti olacaq.