Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:58

Prezidentin Belçika görüşləri


İlham Əliyev

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 5-i Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Xəbəri President.az saytı yayıb.

Şəhərin mərkəzi parkında ucaldılmış abidəni Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev hazırlayıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Səfər çərçivəsində İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə də görüşüb.

İ.Əliyev Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmini vurğulayıb.

Rene Van der Linden-i Azərbaycanın dostu adlandıran dövlət başçısı onun Avropa Şurası Parlament Assambleyasına rəhbərlik etdiyi dövrdə Azərbaycanın bu qurumla əməkdaşlığını məmnunluqla xatırlayıb.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 5-də Belçikaya səfərə gediblər.

Fevralın 6-da Brüsseldə, Avropa Parlamentinin binasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmə təşkil olunacağı da gözlənir. Dinləmədə məqsəd Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə səfərdə olduğu bir vaxtda diqqəti ölkənin insan haqları və demokratiya baxımından vəziyyətinə yönəltməkdir. Təşkilatçıların tədbir barədə yaydığı elanda da qeyd edilir ki, bu dinləmə İ.Əliyevin Brüsseldəki görüşləri fonunda Azərbaycanda insan haqlarının pozulmasını, ictimai-siyasi fəalların və jurnalistlərin həbsini, vətəndaş cəmiyyətinin boğulmasını gündəmə gətirmək məqsədi daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG