Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:21

«Paşa Development» kapitalını artırır


arxiv foto
arxiv foto

Bir neçə gün öncə «Paşa Development» şirkəti kapitalını 8 milyon manat artırıb. Hazırda onun nizamnamə kapitalı 420 milyon manata çatır.

2013-cü ilin yayında yaradılan və dayanmadan inkişaf edən bu şirkəti kapitalının həcminə görə iri dövlət qurumları ilə müqayisə etmək olar. Məsələn, şirkətə yatırımlar «Azərsu» ASC-nin – ölkənin su təchizatı və kanalizasiya sistemi üzrə inhisarçısının nizamnamə kapitalından 20 milyon manat çoxdur.

Pul Monteneqroya və Gürcüstana yönəlib

«Paşa Holding» şirkətlər qrupunun 100 faiz sahiblik etdiyi və daşınmaz əmlaka yatırımlar üzrə ixtisaslaşan şirkət inkişafının «sirləri» haqda suallardan yayınır. Onun heç korporativ informasiya resursu da yoxdur. İctimaiyyətə bəlli olan onun Monteneqroda lüks otelçilik və bank sektoruna 620 milyon avro (1 milyard 275 milyon manat) sərmayə yatıran «Azerbaijan Global İnvestments» MMC-də 35 faizlik payı, həmçinin Gürcüstanda otel inşa etmək planını açıqlamasıdır.

«Bəlkə işlərini möhkəm tutmaq istəyirlər?»

Şirkətlərin öz nizamnamə kapitalını artırmasının praktik tərəflərini AzadlıqRadiosu-na şərh edən «Professional mühasib» jurnalının redaktoru Mehdi Babayev deyir ki, bir qayda olaraq, təsisçi, müəssisənin zəruri xərclərini ödəməkdən ötrü onun hesablarına pul qoyuluşu edir: «Bu qoyuluşların nizamnamə kapitalına yönəldilməsi barədə təsisçinin qərarı olmalıdır». Bu halda, Vergilər Nazirliyinə müraciət edilir və dövlət reyestrindən yeni çıxarış alınır. Əks halda, yəni pul vəsaiti kapitala yönəldilmədikdə, həmin pul qoyuluşları təsisçidən alınmış borclar, yəni öhdəlik kimi balansda tanınmalıdır.

Ekspert düşünür ki, kapitalın ildə bir dəfədən çox artırılmasına səbəb təsisçilər arasındakı etibarsızlıq və ya «yad» birisinin olması ola bilər. Mütəmadi kapital artımları onların «işini daha möhkəm tutmaq» istəyindən irəli gələ bilər. "O da ola bilsin ki, kapitalı tez-tez artıran təsisçilərin və şirkətin idarəedicilərinin qanunların uğurlu tələblərindən xəbəri yoxdur. Qısası, xüsusi zərurət yoxdursa, qeydiyyat orqanına sözügedən məsələ ilə bağlı intensiv müraciət edilmədən də, yəni ildə 1 və ya 2 dəfə baş vurmaq yetərlidir», – ekspert Mehdi Babayev söyləyir.

Xatırladaq ki, «Paşa Development» MMC-nin kapitalı son zamanlar hər ay artırılır. 2013-cü ildə onun kapitalı 16 milyon manat idi.

Əliyevalar
Əliyevalar

Holdinqdə bacılardan başqa kimlər var?

2006-cı ildə yaradılan, bank, sığorta, tikinti, otel, restoran və digər biznes sahələrində fəaliyyət göstərən «Paşa Holding» MMC-yə prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların birgə nəzarət etdikləri rəsmi maliyyə hesabatlarında qeyd olunur. Lakin holdinqdə digər şəxslərin iştirakı və pay bölgüsü haqda dəqiq bilgi verilmir.

Müstəqil mediada İlham Əliyevin ailə üzvlərinin, oliqarx məmurların biznes şəbəkəsi haqda araşdırma yazılarından sonra Azərbaycanda şirkətlərə dair müəyyən məlumatların açıqlanması qanunla yasaqlandı. 2012-ci ilin iyulundan şirkətlərin təsisçiləri və kapitalda onlara məxsus paylar haqda məlumatlar konfidensialdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG