Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:33

Pasha Bank 20 milyon qazanıb


Arzu Əliyeva
Arzu Əliyeva

-

2016-cı ilin birinci yarısında “Pasha Bank”-ın 92,7 milyon manat gəlir əldə etdiyi bildirilir. Qazanc 27,6 milyon manat göstərilir.

Turan-ın xəbərinə görə, bank qazancdan 7 milyon manatdan artıq vəsaiti vergilərə ayırıb.

Xəbərdə qeyd edilir ki, “Pasha Bank”ın xalis mənfəəti 20,3 milyon manat təşkil edib.

Son 12 ayda bankın aktivlərinin artdığı bildirilir.

Xəbərdə qeyd edilir ki, 1 milyard 644 milyonluq aktiv 2 milyon 38 milyon manata yüksəlib. Bankın kredit portfelinin də 644 milyondan 730 milyon manata qalxdığı bildirilir.

Buna da bax: 'Paşa Development' - 300 milyona nə qaldı…

Cəlb edilən depositin həcminin də iyulun 1-də 1 milyard 274 milyon manata çatdığı açıqlanır. Depozitlərdəki artım ümumi vəsaitin üçdə biri qədər göstərilir.

“Pasha Bank” 2007-ci ildə yaradılıb. Gürcüstan (“Pasha Georgia”) və Türkiyədə (“Pasha Yatirim Bankası”) törəmə bankları var.
Turanın qeyd etməsinə görə, ötən il dekabrın 31-də 3 bankın konsolidə edilmiş aktivləri 1 mlrd manat artaraq 2 mlrd 292 milyon manat təşkil etmişdi.

Turanin xəbərində bankın səhmdarlarının “Pasha Holding” (60 faiz), “Ador” MMC (30faiz) və Arif Paşayev (10 faiz) olduğu bildirilir.

Xəbərdə qeyd edilir ki, bankın son nəzarət subyektləri ölkə başçısının qızları Leyla və Arzu Əliyevalardır.

Buna da bax: Arzu Əliyevanın bankı ziyana düşüb

Gizlədilən Həqiqət - Əliyev ailəsinin Londondakı şəxsi mülkləri - [görüntülər]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG