Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:09

Trump hakimin qərarını "gülməli" adlandırır


James Robart
James Robart

ABŞ prezidenti Donald Trump Vaşinqtondan olan federal hakiminin prezident fərmanının icrasını dayandırmasını “gülməli” adlandırıb.

Trump fevralın 4-də “Twitter”də yazdığı postunda hakim James Robartı də “necə deyərlər, hakim” adlandırır və onun qərarını rədd edir. Trump bildirir ki, hakimin qərarı ləğv olunacaq.

Yanvarın 27-də Trump əhalisinin əksəriyyəti müsəlman olan 7 ölkənin vətəndaşlarınınABŞ-a burxılmasını qadağan etdi. Bu ölkələrİran, İraq, Suriya, Yəmən, Liviya, Somali və Sudandır.

Keçmiş prezident Geoge Bushun hakim təyin etdiyi James Robart isə fevralın 3-də qərar verdi ki, prezidentin bu fərmanının icrası dayanır.

Hakim qərarını onunla əsaslandırır ki, prezident fərmanına qarşı Minnesota və Vaşinqton ştatları iddia qaldırıblar və bu iddialarla bağlı məhkəmə qərarı olmadan prezident fərmanı icra oluna bilməz.

Vaşinqton ştatının prokuroru Noah Purcel hakimin bu qərarını “ ölkədə qanunun alililiyinin olmasına nümunə” adlandırdı.

Vaşinqton Ştatının baş prokuroru Bob Ferguson isə bildirdi ki, “heç kim , hətta prezident də qanundan yuxarıda ola bilməz”.

Dövlət Depratmentinin mıəlumatına görıə, Trumpın fərmanından sonra əlində əvvəllər aldığı ABŞ vizası olan 60 min adam ABŞ-a gələ biməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG